“Qalatasaray”ın baş məşqçisi müəyyənləşdi

“Qalatasaray”ın baş məşqçisi müəyyənləşdi

Türkiyənin “Qalatasaray” klubunu növbəti mövsümdə Fatih Terim çalışdıracaq. Bu barədə klubun yeni prezidenti Burak Elmas açıqlama verib.  O bildirib ki, Fatih Terim komanda ilə hazırlıqlara da başlayacaq: “Baş məşqçimizlə görüşdük. Sabah səhərdən komanda ilə evimizdə - Floriyada hazırlıqlara start verəcək. “Qalatasaray”ın baş məşqçisi “Qalatasaray”lı Fatih Terimdir”.

Qeyd edək ki, Elmas iki gün əvvəl İstanbul təmsilçisinin prezidenti seçilib. Terimin isə komanda ilə müqaviləsi bitmişdi.