Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşüb

Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşüb

Avropa çempionatının A qrupunda Bakı Olimpiya Stadionunda təşkil edilmiş İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA prezidenti Canni İnfantino ilə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş olub.

Görüşdə AVRO-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb.

FIFA-nın prezidenti təşkilati işlərlə bağlı məmnunluğunu bildirib.