“İmperator”la 3 illik müqavilə imzalanacaq

“İmperator”la 3 illik müqavilə imzalanacaq

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Fatih Terimlə yeni müqavilə imzalayacaq. 68 yaşlı mütəxəssis 3 illik sözləşməyə qol çəkəcək. İmzalama mərasiminin iyunun 23-də təşkil olunacaq. İstanbul təmsilçisinin yeni prezidenti Burak Elmas təcrübəli baş məşqçinin istədiyi transferləri həyata keçirməyə çalışacaq.
F.Terim İtaliyanın "Sassuolo" klubunda çıxış edən Türkiyə millisinin futbolçusu Kaan Ayhan və İspaniyanın "Betis" klubunda forma geyinən Aleks Morenonun keçidinin tərəfdaeıdır. Daha sonra klubla müqaviləsi başa çatan Arda Turan, Henri Onyekuru, Rayan Donk və Emre Akbabanın aqibətinə aydınlıq gələcək.