Elxan Məmmədov İsveçrə  Futbol Assosiasiyasının prezidenti ilə görüşüb

Elxan Məmmədov İsveçrə  Futbol Assosiasiyasının prezidenti ilə görüşüb

Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla İsveçrə Futbol Assosiasiyasının (İFA) prezidenti Dominik Blank arasında görüş keçirilib.
Görüşdə AVRO-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb, AFFA və İFA arasında əməkdaşlıqla bağlı müzakirələr olub.
Xatırladaq ki, İsveçrə milli komandası AVRO-2020-nin A qrupu çərçivəsində 2 oyununu Bakı Olimpiya Stadionunda keçirib.