“Ferrari” komandasının pilotu Şarl Lekler komandanın “Fransa Qran-pri”sindəki uğursuz nəticəsinin səbəbini açıqlayıb. Mən və Karlos Sayns, yəni hər ikimiz dəhşətli nəticə göstərdik. Biz bütün təkər komplekti ilə çox böyük problemlər yaşayırdıq. Sonra daha yaxşı nəsə edə biləcəyimizi yoxlamaq üçün “mediuma” keçmək barədə qərar verdim. Lakin hər şey elə startdakı kimi oldu. İlk 3-4 dairədə hər şey qaydasında idi. Amma birdən şinin vəziyyəti pisləşməyə başladı. Nə baş verdiyini izah etmək üçün söz tapmıram. Biz bunların səbəbini anlamalıyıq. Çünki təkərlərlə olan problem bizim zəif nöqtəmizdir”-, deyə Ş.Lekler qeyd edib.
Şarl Lekler: “təkərlərlə olan problem bizim zəif nöqtəmizdir”