Millimiz dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başladı

Millimiz dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başladı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Portuqaliyanın Nazare şəhərində təşkil olunan çempionatda Fransa yığması ilə qarşılaşan komandamız Sabir Allahquliyevin vurduğu qollarla qələbə qazanıb -2:0.

Millimiz növbəti oyununu iyunun 22-də keçirəcək. Komandamızın rəqibi  İsveçrə yığması olacaq.