AVRO-2020: 1/8 finalın ilk cütü bilindi

AVRO-2020: 1/8 finalın ilk cütü bilindi

AVRO-2020-də 1/8 finalın ilk cütü müəyyənləşib. İtaliya yığması 1/8 finalda C qrupunun ikincisi Avstriya ilə üz-üzə gələcək. İyunun 26-da Londonun “Uembli” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, İtaliya millisi A qrupunun qalibi kimi, Avstriya isə C qrupunda ikinci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.