Dembele üç ay yaşıl meydanlardan kənar qalacaq

Dembele üç ay yaşıl meydanlardan kənar qalacaq

Fransa millisinin hücumçusu Usman Dembele Macarıstanla matçda zədələnib. Dizindən ciddi zədə alan futbolçu üçün AVRO-2020 macərası erkən başa çatıb. "Barselona"nın hücumçusunun son tibbi müayinəsindən sonra 3 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Bu isə 24 yaşlı hücumçu üçün qitə çempionatının sona çatması demədkir.​
Qeyd edək ki, Fransa millisi qrup mərhələsində sonuncu oyununu iyunun 23-də Portuqaliyaya qarşı keçirəcək.