AVRO-2020: Belçika qrupu lider kimi başa vurdu

AVRO-2020: Belçika qrupu lider kimi başa vurdu

AVRO-2020-dədaha bir qrupda III turun oyunlarına yekun vurulub. A və C qruplarından sonra B qrupunda da 1/8 finala adlayan komandaların adlarına aydınlıq gəlib.
Qrupunun son turunda Finlandiya millisi "Sankt-Peterburq" stadionunda Belçika yığması ilə qarşlaşıb. Görüş belçikalıların qələbəsi ilə başa çatıb - 2:0. Oyunda qolları Lukas Hradeçki (74, öz qapısına) və Romelu Lukaku (83) vurub.
Beləliklə, Belçika komandası 9 xalla qrupu lider kimi başa vuraraq 1/8 finala vəsiqə qazanıb. Aktivində 3 xalı olan Finlandiya millisi isə 3 yeri tutub. Bu komanda pley-offa adlamaq üçün digər matçların nəticələrini gözləməlidir.fut