AVRO-2020: Skandinaviyalılar qələbə sayəsində qrupdan çıxdı

AVRO-2020: Skandinaviyalılar qələbə sayəsində qrupdan çıxdı

AVRO-2020-də B qrupunda III turun oynlarına yekun vurulub. Qrupun      maraqla gözlənilən oyunlarından biri Rusiya və Danimarka milliləri arasında baş tutub. Kopenhagendəki "Parken" stadionunda keçirilən oyun skandinaviyalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 38-ci dəqiqədə meydan sahiblərinin heyətində Mikkel Damsqor vurub. 59-cu dəqiqədə Yussuf Poulsen 2-ci topu rəqibin qapısından keçirib. 70-ci dəqiqədə Rusiya millisi Artyom Dzyubanın penaltidən vurduğu qolla fərqi minimuma endirib. Lakin cəmi 9 dəqiqə sonra Andreas Kristensen rusiyalıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada son nöqtəni isə 82-ci dəqiqədə Yoakim Mehle qoyub.

Beləliklə, Avropa çempionatının B qrupundan növbəti mərhələyə Belçika və Danimarka seçmələri çıxıb. Üç xalı olan Finlandiya millisi isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir. Aktivində 3 xalı olan Rusiya seçməsi isə qrupda qalıb.