AVRO-2020: Bu gün D qrupunda 1/8 finalçılar müəyyənləşəcək

AVRO-2020: Bu gün D qrupunda 1/8 finalçılar müəyyənləşəcək

Bu gün AVRO-2020 çərçivəsində qrup mərhələsinin III turunda daha 2 oyun keçiriləcək. Hər iki qarşılaşma D qrupunda yer alan komandalar arasında olacaq. 4 xala malik komandalardan Çexiya və İngiltərə "Uembli" stadionunda üz-üzə gələcəklər. Oyunu portuqaliyalı Artur Diaş idarə edəcək. Komandalara növbəti mərhələyə vəsiqə üçün heç-heçə də kifayət edəcək.
Qrupun digər oyununda son dünya çempionatının finalçısı Xorvatiya Şotlandiya millisi ilə qarşılaşacaq. Hər iki kollektiv növbəti mərhələ üçün mütləq qələbə qazanmağa çalışacaq. Qlazqo şəhərindəki "Hempden Park" stadionundakı matçın baş hakimi argentinalı Fernando Rapallini olacaq.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.