Polis meydana çıxan azarkeşi saxlayıb

Polis meydana çıxan azarkeşi saxlayıb

Kopenhagen polisi Avro-2020 çərçivəsində təşkil olunan Danimarka-Rusiya (4:1) qarşılaşmasından sonra Rusiya millisinin formasında olan azarkeşi saxlayıb. Qeyd olunur ki, azarkeş oyundan sonra meydana daxil olub. O, saxlanılma zamanı ingilis dilində “rus xuliqanı” ifadəsi ilə qışqırırdı.
Qeyd edək ki, Rusiya yığma komandası Avro-2020-nin B qrupunda 3 oyunda qazandığı 3 xal, iki məğlubiyyət və bir qələbə ilə sonuncu yerdə qərarlaşıb.