Rusiya millisi Avro-2020-dən nə qədər qazanacaq?

Rusiya millisi Avro-2020-dən nə qədər qazanacaq?

Avro-2020-də mübarizəni dayandıran Rusiya millisi turnirdə iştirak etdiyinə görə 10,75 milyon avro (935 rubl) əldə edəcək. Məbləğ Rusiya Futbol Birliyinə yönəldiləcək.
Milli komanda Avro-2020-nin final mərhələsinə çıxdığı üçün 9,25 milyon avro, qrup mərhələsində qazandığı bir qələbə üçün isə 1,5 milyon avro əldə edəcək. Bildirək ki, Rusiya yığması 2-ci turda  Finaldiya millisinə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, UEFA-nın rəsmi məlumatına görə, Avropa çempionatının final mərhələsinin mükafat fondu 371 milyon avro təşkil edir.