AVRO-2020: İngiltərə millisi 3 oyuna 2 qol vuraraq 1/8 finala çıxdı

AVRO-2020: İngiltərə millisi 3 oyuna 2 qol vuraraq 1/8 finala çıxdı


AVRO-2020-də daha bir qrupda III turun oyunları keçirilib.​ D qrupunun son turunda İngiltərə millisi Çexiya seçməsi ilə üz-üzə gəlib. Londonun “Uembli” stadionunda keçirilən görüş ingiltərəlilərin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Portuqaliyalı referi Artur Diaşın idarə etdiyi qarşılaşmada yeganə qolu 12-ci dəqiqədə Rahim Sterlinq vurub. Matçın 87-ci dəqiqədə İngiltərə millisi yenidən fərqlənsə də, baş hakim ofsayd qeydə alıb.

Bu nəticələrdən sonra İngiltərə 7 xalla qrup lideri kimi 1/8 finala adlayıb. İngiltərə yığması pley-offa 3 oyuna cəmi 2 qol vurmaqla adlayıblar. Müqayisə üçün qeyd edək ki, digər qruplarda yer alan və qrupda dördüncü yeri tutan Ş.Makedoniya və Rusiya milliləri də 2 qol vurublar. Xorvatiyadan yalnız top fərqində geri qalan Çexiya 4 xalla 3-cü yeri tutaraq, öz qruplarını eyni pillədə başa vurmuş Ukrayna və Finlandiyadan daha çox xal toplaması səbəbindən mərhələ adlayıb.