AVRO-2020: Xorvatiya 1/8 finala vəsiqə qazandı

AVRO-2020: Xorvatiya 1/8 finala vəsiqə qazandı

AVRO-2020-də daha bir qrupda III turun oyunları keçirilib.​ D qrupunun digər görüşündə Xorvatiya millisi Şotlandiyanı qəbul edib. "Hempden Park" stadionundakı matçda damalılar 3:1 hesabı ilə qələbə qazanıblar. Argentinalı Fernando Rapallinin idarə etdiyi matçın ilk yarısında tərəflər hərəyə bir dəfə fərqləniblər. 17-ci dəqiqədə Nikola Vlaşiçin qoluna 42-ci dəqiqədə meydan sahiblərindən Kallum Makqreqor cavab verib. Fasilədən sonra Xorvatiya yığması daha 2 qola imza atıb. Luka Modriç 62-ci, İvan Perişiç 77-ci dəqiqədə Şotlandiyanı məyus edib.

Bu nəticələrdən sonra İngiltərə 7 xalla qrup lideri, Xorvatiya 4 xalla 2-ci yerin sahibi kimi 1/8 finala yüksəlib. Xorvatiyadan yalnız top fərqində geri qalan Çexiya 4 xalla 3-cü yeri tutaraq, öz qruplarını eyni pillədə başa vurmuş Ukrayna və Finlandiyadan daha çox xal toplaması səbəbindən mərhələ adlayıb. Şotlandiya isə 1 xalla qrup sonuncu pillədə başa vurub.