Məhkəmə rusiyalı futbolçunu cərimələdi

Məhkəmə rusiyalı futbolçunu cərimələdi

Moskvanın Saveliv məhkəməsi sürücü Vitali Solovçukun döyülməsinə görə ünvanladığı müraciətinə əsasən futbolçular Aleksandr Kokorin və Pavel Mamayev də daxil olmaqla 200 min rubl kompensasiya ödəmək qərarı çıxarıb. “Məhkəmə mənəvi ziyan vurulması səbəbi ilə hər bir təqsirləndirilən şəxsdən zərərçəkənin xeyrinə 50 min rubl təyin edib. Bundan əlavə 400 rubl itirilmiş qazanc, 360 rubl isə burun zədəsini müalicə etmək üçün dərman vasitələrinə nəzərdə tutulub”, - deyə saxlanılan şəxslərin birinin vəkili Vyaceslav Barika qeyd edib. 
Xatırladq ki, 2018-ci ildə V.Solovçukun, A.Kokorin və P.Mamayevin də yer aldığı bir neçə şəxs ilə münaqişəsi yaranıb. Nəticədə, sürücü həmin qrup şəxslər tərəfindən döyülüb. Futbolçularla həmin gün Aleksandrın qardaşı Kiril və onun dostu Aleksandr Protasoviski istirahət edirdi. Hadisədən sonra idmançılar nəzarət altına alınıb və bir müddət həbsxanada qalmalı olublar.