Millimiz Estoniya yığmasına qalib gəldi

Millimiz Estoniya yığmasına qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Qrupun son oyununda Estoniya yığması ilə qarşılaşan komandamız 4:3 hesablı qələbə qazanıb. Avtoqolun qeydə alındığı oyunda millimizin digər qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurublar. Qrupun digər oyununda Fransa və İsveçrə komandaları üz-üzə gələcək. Fransa millisi oyunun əsas vaxtında rəqibini iki top fərqi ilə məğlub edərsə, komandamız mübarizəsini dayandıracaq, əks təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq.
Millimiz növbəti mərhələyə vəsiqə qazanacağı halda dörddəbir finalda, iyunun 25-də A qrupunun qalibi ilə üz-üzə gələcək.