AVRO-2020: 1/8 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşdi

AVRO-2020: 1/8 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşdi

AVRO-2020-nin qrup mərhələsinə yekun vurulub. F qrupunda keçirilən 2 oyundan sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşib. Almaniya millisi Münhen şəhərindəki eyniadlı stadionda Macarıstan yığması ilə qarşılaşıb. Rusiyalı referi Sergey Karasyov idarə etdiyi görüş 2:2 hesabı ilə başa çatıb. Oyunda ilk qolu turnirin debütantları vurublar. Adam Salai 11-ci dəqiqədə fərqlənib. Meydan sahibləri 66-cı dəqiqədə Kay Havertsin qolu ilə hesabı bərabərləşdirsə də, 2 dəqiqə sonra Andraş Şafer Macarıstanı yenidən önə çıxarıb. Matçda son nöqtəni isə 84-cü dəqiqədə Leon Qoretska qoyub. Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Bundestim 2-ci yerin sahibi kimi pley-offa yüksəlib. Macarıstan isə 2 xalla qrupda qalıb.