Şəhid Mahmud İbrahimovun xatirəsi mini futbol turniri ilə yad edilib

Şəhid Mahmud İbrahimovun xatirəsi mini futbol turniri ilə yad edilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı Kənd Futbol Federasiyası tərəfindən Binəqədi rayonunda yerləşən “AzFar” stadionunda Aprel döyüşləri şəhidi Mahmud İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol üzrə Bakı şəhər turniri keçirilib. Turnirdə Bakının kənd və qəsəbələrini təmsil edən 8 komanda iştirak edib.

Final oyununda “Binəqədi” komandası “Biləcəri”ni məğlub edərək turnirin qalibi olub. “Mehdiabad” komandası yarışı üçüncü pillədə başa vurub.

Qalib və mükafatçı komandalara Baş İdarə tərəfindən diplom, medal və kubok təqdim edilib.