AVRO-2020: Ukrayna pley-offa vəsiqə qazandı

AVRO-2020: Ukrayna pley-offa vəsiqə qazandı

Avro-2020-də C qrupunu 3 xalla 3-cü pillədə başa vuran Ukrayna millisinin Avro-2020-nin pley-off mərhələsinə yüksəlib. Bu, E qrupunda Slovakiyanın İspaniyaya 0:5 hesabı ilə uduzmasından sonra rəsmiləşib.​ Bu nəticədən sonra Ukrayna Slovakiyanı top fərqində qabaqlayıb. Bundan başqa, E qrupunda Polşa İsveçi​ məğlub edə bilməyib. E qrupunun nəticələrinin ardından Ukrayna ən yaxşı qrup üçüncülərindən biri olaraq pley-offa vəsiqə qazanıb.

 

Xatırladaq ki, Avro-2020-nin 1/8 final mərhələsinə üçüncü yeri tutmuş dörd ən yaxşı komanda yüksəlir. Ukrayna ilə yanaşı, İsveçrə (A qrupu, 4 xal) və Çexiya (F qrupu, 4 xal) artıq növbəri mərhələyə yüksəlib.