Türkiyə millisi AVRO-2020-dən nə qədər qazandı?

Türkiyə millisi AVRO-2020-dən nə qədər qazandı?

Futbol üzrə Türkiyə millisinin Avropa çempionatından qazancı bəlli olub. UEFA turnirdə iştirak edən 24 komandanın hər birinə 9,25 milyon avro ödəyəcək. Qrup mərhələsindəki qələbəyə görə 1,5 milyon avro, heç-heçəyə isə 750 min avro verilir. Türkiyə seçməsi hər üç görüşdə uduzduğu üçün yarışı 9,25 milyon avro ilə başa vurub.

Qeyd edək ki, mükafat fondu 371 milyon avro olan AVRO-2020 iyulun 11-də başa çatacaq. Türkiyə seçməsi Romadakı açılış matçında İtaliyaya 0:3, Bakıda ilk görüşdə Uelsə 0:2, ardından İsveçrəyə 1:3 hesabı ilə uduzub.