Bakıya gələ biləcək komandaların adlarıdəqiqləşdi

Bakıya gələ biləcək komandaların adlarıdəqiqləşdi

​Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin bütün cütlərimüəyyənləşib. Dörd ən yaxşı qrup üçüncüsündən biri olan Çexiya bu mərhələdə Niderlandla görüşəcək. Bu cütün qalibi 1/4 final mərhələsində Bakıda Uels - Danimarka duelinin güclüsü ilə üz-üzə gələcək. Uels - Danimarka qarşılaşması iyunun 26-da, Niderland - Çexiya matçı isə bir gün sonra olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final oyunu iyulun 3-də təşkil olunacaq.