Üçqat Avropa çempionları 1/8 finala yüksəldilər

Üçqat Avropa çempionları 1/8 finala yüksəldilər

AVRO-2020-də E qrupunda sonuncu turun oyunları keçirilib. III turda İspaniya Slovakiya ilə üz-üzə gəlib. Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda keçirilmiş qarşılaşma “qırmızı furya”nın qələbəsi ilə başa çatıb. İki avtaqolun qeydə alındığı matçda hesab 30-cu dəqiqədə açılıb. Slovakiyalı qapıçı Martin Dubravka avtoqol müəllifi olub. 45+3-cü dəqiqədə Emerik Laport, 56-cı dəqiqədə Pablo Sarabiya, 67-ci dəqiqədə isə​ Ferran Torres rəqibi məyus edib. 71-ci dəqiqədə isə Yuraj Kuçka topu öz qapısına vurub.

“Matadorlar” son turda qazanılan böyükhesablı qələbə ilə xallarının sayını 5-ə çatdıraraq qrup ikincisi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. Luis Enrikenin baş məşqçi olduğu kollektiv 1/8 finalda Xorvatiya ilə üz-üzə gələcək.