İsveç qrupu lider kimi başa vuraraq pley-offa yüksəldi

İsveç qrupu lider kimi başa vuraraq pley-offa yüksəldi

AVRO-2020 çərçivəsində E qrupunda 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi. Qrupun digər görüşündə İsveç Polşa ilə qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərindəki oyun İsveçin 3:2 hesablı qələbəsi ilə bitib. İsveçin heyətində Emil Forsberq 2 və 59-cu dəqiqədə fərqlənib. Robert Levandovski 61-ci dəqiqədə fərqi azaldıb, 84-cü dəqiqədə isə bərabərlik qolunu vurub. 90+4-cü dəqiqədə Viktor Klasson oyunda son nöqtəni qoyub. İsveç 7 xalla qrup lideri kimi mərhələ adlayıb.

Slovakiya E qrupunu 3 xalla üçüncü, Polşa isə 1 xalla 4-cü pillədə bitirib. Hər iki komanda qrupda qalıb.

Bu qrupdakı nəticələr C qrupunda mübarizə aparan Ukraynaya sərf edib. Andrey Şevçenkonun baş məşqçi olduğu komanda dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlayıb.