“Neftçi” yoxlama oyununda məğlub oldu

“Neftçi” yoxlama oyununda məğlub oldu

Yeni mövsümə hazırlığını Sloveniyada davam etdirən paytaxtın “Neftçi” klubu növbəti yoxlama oyununa çıxıb. Ölkə futbolunun flaqmanı bu dəfə "Domjale" (Sloveniya) ilə qarşılaşıb.​ Matç Sloveniya klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb - 2:1.​

Qeyd edək ki, "Neftçi" bundan əvvəl "Olimpiya" (Lyublyana) ilə yoxlama görüşündə 1:1 hesablı heç-heçə edib.