Pəhləvanlarımız üçün yeni sınaq​

Pəhləvanlarımız üçün yeni sınaq​

Bu gün Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyev Memorialı start götürəcək. Üç gün davam edəcək ənənəvi yarışda yığmamızın üzvləri də iştirak edəcəklər.

 

Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında Mahir Əmiraslanov, Əliabbas Rzazadə, Uğur Novruzov (hamısı 57 kq), Ruslan Qasımov, Əbülfəz Nəsirov (hər ikisi 61 kq), Əli Rəhimzadə (65 kq), Coşqun Əzimov (74 kq), Omid Kamaliaqdam (79 kq) və İslam İlyasov (97 kq), eləcə də hazırda Dağıstanda məşqləri davam etdirən bir neçə milli üzvü ölkəmizi xatirə turnirində təmsil edəcək.

 

Beynəlxalq dərəcəli hakimlərimizdən Babək Allahverdiyev, Vüqar Şükürov və Həbib Nurulu Memorialda ədaləti qoruyacaqlar.