La Liqa azarkeşlərlə keçiriləcək

La Liqa azarkeşlərlə keçiriləcək

Futbol üzrə İspaniya La Liqası 2021/2022 mövsümündə azarkeşlərlə keçiriləcək. Bu barədə yerli hökumət qərar çıxarıb. Lakin tribunaların tam və ya qismən dola biləcəyi açıqlanmayıb.

Bundan əlavə, fanatlar İspaniyadakı basketbol qarşılaşmalarına da qatıla biləcəklər.

Qeyd edək ki, La Liqada 2020/2021 mövsümü azarkeşsiz keçirilib, son turlarda isə tamaşaçılara qismən icazə verilib.