Kərim Benzema Zidanı üstələdi

Kərim Benzema Zidanı üstələdi

Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun oyununda Portuqaliya millisi Fransa yığması ilə qarşılaşıb. Oyun Budapeştin (Macarıstan) “Puşkaş Arena” stadionunda 2:2 hesabı ilə yekunlaşıb.
Fransa millisinin üzvü Kərim Benzema qarşılaşmada iki qolla yadda qalıb. Məlumata görə, hazırda K.Benzema 33 yaş 186-gündə Fransa millisinin tərkibində dünya və ya Avropa çempionatlarında bir qoldan artıq qola imza atan futbolçudur. Bununla da, o, 2004-cü ildə Avropa çempionatında İngiltərə ilə qarşılaşmada Zinəddin Zidanın (31 yaş 356 gün) nailiyyətini üstələyib.