AVRO-2020 kosmik mərkəzdə

 

AVRO-2020 kosmik mərkəzdə   

Fransalı kosmonavt Toma Peske Avropa çempionatının Portuqaliya - Fransa görüşünü Beynəlxalq Kosmik Stansiyadan (MKS) canlı izləyib. Bu barədə Peskenin özü şəxsi tvitter hesabında paylaşıb. “Fransa - Portuqaliya matçına baxıram. AVRO-2020-də qrupumuz elə də asan deyil. Lakin bu, matçlara yalnız maraq qatır”, - deyə Toma Peske vurğulayıb.

Qeyd edək ki, III tura təsadüf edən oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Nəticədə Fransa 5, Almaniya və Portuqaliya isə hərəyə 4 xalla 1/8 finala yüksəlib. 2 xala malik Macarıstan isə qrupda qalıb.