Qrup mərhələsinin ən yaxşı futbolçuları müəyyənləşdi

Qrup mərhələsinin ən yaxşı futbolçuları müəyyənləşdi

AVRO-2020-nin qrup mərhələsində çıxış edən yığma komandaların arasında ən yaxşı futbolçular müəyyənləşib. Siyahını "WhoScored" futbol statistikası saytı açıqlayıb. Ən yaxşı 100 futbolçunun yer aldığı siyahıda seçim hər matça verilən orta qiymət əsasında aparılıb.

Ən yaxşı futbolçu adına Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Brüyne 8,84 xalla layiq görülüb.

İkinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 8,06 xalla qərarlaşıb. "Üçlüy"ü Hollandiya millisindən Frenki De Yonq 7,87 xalla qapayır.

"100-lüy"ə Türkiyə millisindən cəmi bir futbolçu düşüb. İtaliya "Sassuolo"sunda çıxış edən sol cinah müdafiəçisi Mert Müldür 6,97 xalla 74-cü pillədə yer alıb.