Amerika Kuboku: Braziliyadan minimal hesablı qələbə

Amerika Kuboku: Braziliyadan minimal hesablı qələbə

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsi çərçivəsində Braziliya yığması ilə Kolumbiya seçməsi qarşılaşıb. Rio-de-Janeyronun “Olimpiko Nilton Santos-Enjenyan” stadionunda keçirilən matç “sambaçılar”ın qələbəsi ilə başa çatıb -2:1.

Qarşılaşmanı 10-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Luis Dias açıb. Braziliyalıların cavab qolunu 78-ci dəqiqədə Roberto Firmino vurub. Meydan sahibləri əsas vaxta əlavə olunmuş 10-cu dəqiqədə Kazemironun qolu ilə qələbə qazanıblar.

Bu matçdan sonra Braziliya yığması B qrupunda doqquz xalla birinci yeri tutur. Siyahıda ikinci yerdə 4 xalı olan Kolumbiya və Peru yığmaları qərarlaşıblər.

Braziliya yığması növbəti matçını Ekvadora qarşı keçirəcək.