Şəhid polkovnikin xatirəsinə mini futbol turniri keçirilib

Şəhid polkovnikin xatirəsinə mini futbol turniri keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə ASAN könüllüləri arasında Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib.
Binəqədi rayonunda yerləşən “AzFar” stadionunda keçirilən turnirdə 6 komanda iştirak edib.
Turnirdə “ASAN Sumqayıt” komandası birinci olub. İki saylı ASAN və 1 saylı ASAN komandaları ilk üçlüyü tamamlayıblar.
Qalib və mükafatçı komandalara Baş İdarə tərəfindən diplom və medallar təqdim edilib.