PSJ Mbappenin qardaşı ilə müqavilə imzaladı

PSJ Mbappenin qardaşı ilə müqavilə imzaladı

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappenin qardaşı İtan Mbappe Paris təmsilçisi ilə peşəkar müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

3 illik sözləşməyə qol çəkən 14 yaşlı futbolçu gənclər komandasında çıxış edəcək. PSJ İtanla yanaşı, digər gənc oyunçu Senni Mayulunu da əvəzedici komandaya cəlb edib.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-nin formasını geyinir.