"Real"ın prezidentində Ramosla bağlı açıqlama

"Real"ın prezidentində Ramosla bağlı açıqlama

“Real Madrid” klubunun prezidenti Florentino Peres Serxio Ramosun komandadan getməsinə münasibət bildirib.
Klub prezidenti futbolçunun komandadan ayrılmasının səbəbini belə izah edib: “O, "Real"ın əfsanəsidir. Bu barədə demək olar, hamı danışıb. Öz versiyamı nəql etmək fikrindən uzağam. Biz ona təklifin də müddətinin olduğunu bildirmişdik. Təssüf ki, fərqli düşündü".
Daha öncə 35 yaşlı Ramos uzun danışıqlardan sonra "Real"ın 1 illik yeni anlaşma təklifini qəbul etdiyini, ancaq klub rəhbərliyindən təklifin müddətinin bitdiyi ilə bağlı qəribə cavab aldığını açıqlamışdı.