AVRO-2020: Bu gün 1/8 final mərhələsinə start veriləcək

AVRO-2020: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Bu gün AVRO-2020-də 1/8 final mərhələsinin oyunlarına start veriləcək. 
İlk oyun günündə 2 qarşılaşma təşkil olunacaq.
Günün ilk oyunu Amsterdamdakı "Yohan Kroyf Arena"da olacaq. Belə ki, 1/4 finala vəsiqə uğrunda A qrupunun ikincisi olan Uels millisi ilə B qrupunun ikincisi Danimarka komandası üz-üzə gələcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunu almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək. Bu cütün qalibi 1/4 final matçını iyulun 3-də Bakı Olimpiya Stadionunda keçirəcək. Skandinaviyalılardan fərqli olaraq britaniyalılar qrup mərhələsinin iki oyununu paytaxtımızda kecirib. Bu cütün qalibi isə Niderland və Çexiya komandalarının güclüsü ilə qarşılaşacaq. 
Günün son oyununda isə İtaliya və Avstriya yığmaları 1/4 finala vəsiqə uğrunda yarışacaq. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunun baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Bu cütün qalibi 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə üz-üzə gələcək.