AVRO-nin mətbuat konfransları zamanı pivə butulkaları masadan qaldırılacaq 

AVRO-nin mətbuat konfransları zamanı pivə butulkaları masadan qaldırılacaq 

UEFA müsəlman oyunçuların tələblərini nəzərə alaraq Avropa çempionatının mətbuat konfranslarında pivə şüşələrini masalardan yığışdıracaq. UEFA-nın mətbuat 

Artıq AVRO-2020-nin əsas sponsorlarından olan “Heineken” pivə şirkətinin nümayəndəsinin bu yanaşma ilə razılaşdığı deyilir.

Xatırladaq ki, bundan əvvəl Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo Macarıstan millisi ilə qarşılaşmadan (3:1) sonra AVRO-2020-nin mətbuat konfransı zamanı masanın üzərindəki "Coca-Cola" butulkalarını kənara çəkib. Fransa yığmasının yarımmüdafiəçisi​ Pol Poqba Almaniya ilə oyunundan (1-0) sonra təşkil edilən mətbuat konfransında masadakı pivə şüşəsini götürüb. Bundan sonra UEFA rəhbərliyi mətbuat konfransları zamanı sponsorların içkilərinin masadan götürməyi qadağan etmişdi.