Ronaldo AVRO-2020-də bombardirlər siyahısında birincidir

Ronaldo AVRO-2020-də bombardirlər siyahısında birincidir

AVRO-2020-nin qrup mərhələsi başa çatıb. Turnirin 36 oyunundan sonra bombardirlər cədvəli açıqlanıb.
Siyahıya Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı ulduz 5 qolla izləyicilərindən uzaqlaşıb.
Beş futbolçu hərəyə üç dəfə fərqlənib. Onlardan biri - Robert Levandovski üçün turnir artıq başa çatıb. Çünki Polşa qrupda qalıb.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 5
2-6. Romelu Lukaku (Belçika) - 3
Jorjinyo Veynaldum (Niderland) - 3
Patrik Şik (Çexiya) - 3
Emil Forsberq (İsveç) - 3
Robert Levandovski (Polşa) - 3