Bakı Su İdman Sarayının ərazisində stronqmen idman növü üzrə Azərbaycan çempionatı keçirilib. Çempionat çərçivəsində “strict curl” üzrə də ölkə birinciliyi təşkil olunub.
Üç hərəkət üzrə təşkil olunan stronqmen yarışlarında Rövşən Xəlilov (80 kq), Nicat Hüseynov (95 kq), Pərviz Hüseynov (110 kq) və Əli Əliyev (110 kq-dan yuxarı) Azərbaycan çempionu olublar.
“Strict curl” yarışları iki yaş kateqoriyası üzrə təşkil olunub. 23 yaşadək idmançıların yarışında Cəmil Mehdizadə (60 kq), Kazım Abbaszadə (67,5 kq), Musa Daşdiyev (75 kq), Muradəli Qəmbərli (82,5 kq), Yavər Ələkbərzadə (90 kq) və Elşən Məmmədov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kişilərin mübarizəsində Elşən Əbilov (56 kq), Cəmil Mehdizadə (60 kq), Zamiq Mustafayev (67,5 kq), Rəhman Qaffarov (75 kq), Kamal Məmmədli (82,5 kq), Sənan Şükürov (90 kq), Tural Ağayev (100 kq), Anar Məmmədov (110 kq), Azər Məhərrəmov (125 kq) və Tural Babayev (140 kq) bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıblar.
Ölkə çempionatında 130-dək idmançı birincilik uğrunda mübarizə aparıb.