Sabah İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir start götürəcək. Ənənəvi yarışda yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov (97 kq) qüvvəsini sınayacaq.
Bu, Olimpiada öncəsi titullu güləşçimiz üçün sonuncu turnir olacaq.
Beynəlxalq turnirə iyunun 27-də yekun vurulacaq.