Daha bir  futbolçumuz legioner həyatı yaşayacaq

Daha bir  futbolçumuz legioner həyatı yaşayacaq

Son mövsümü “Keşlə” klubunda keçirən Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək. 26 yaşlı yarımmüdafiəçi “Keçiörengücü” klubu ilə müqavilə imzalayıb. Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Türkiyə klubu Vüsal İsgəndərli ilə 3 illik müqavilə imzalayıb.
2019-cu ildən “Keşlə”də çıxış edən Vüsal Azərbaycan milli komandası ilə 3 oyuna çıxıb.
Qeyd edəək ki, “Keçiörengücü” Türkiyənin 1-ci liqasında mübarizə aparır.