Harri Keyn şikayətləndi

Harri Keyn şikayətləndi

İngiltərənin “Tottenhem” klubunun hücumçusu azarkeşlərdən gileylənib. 27 yaşlı ingiltərəli forvard insanları yaxşı uğurlu ​ nailiyyətləri tez unutduqlarını dilə gətirib. ​
“İnsanlar fikirlərini çox tez dəyişirlər. Ötən ay Premier Liqanın Qızıl Buts mükafatını qazandım və həmin ərəfədə mən onlara görə dünyada ən yaxşı futbolçu idim. İndi isə onlar mənə dünyada ən pis futbolçu olaraq baxırlar. Buna görə də hər zaman deyirəm, bir futbolçu kimi ən yüksək zirvədə və ya ən aşağıda olmaqdansa, neytral olmaq daha yaxşıdır. Özünəinam çox önəmlidir”, - deyə Harri Keyn deyib.