Danimarka millisi Bakıya gəlir

Danimarka millisi Bakıya gəlir

Avro-2020-nin Bakıda keçiriləcək 1/4 final oyununda iştirak edəcək ilk yığma müəyyənləşib.​ Danimarka millisidir. Komanda 1/8 finalda Uelsə 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Danimarkanın Bakıdakı matçdakı rəqibi​ Niderland - Çexiya cütünün qalibi olacaq. Qeyd edək ki, paytaxtımızdakı 1/4 final mərhələsi görüşü iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

--