Son çempion legioner futbolçu ilə yollarını ayırdı

Son çempion legioner futbolçu ilə yollarını ayırdı

Paytaxtın “Neftçi” klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Cinah yarımmüdafiəçisi Stiven Jozef-Monroz ilə başa çatan müqavilə yenilənməyib. Fransalı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Stiven Jozef-Monroz “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb.