AVRO-2020: İtaliya millisi 1/4 finalda

AVRO-2020: İtaliya millisi 1/4 finalda

AVRO-2020-də 1/8 final mərhələsi həyəcanı davam edir. Pley-offun ilk oyun günündə 1/4 finala vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib. Londondakı "Uembli" stadionunda İtaliya və Avstriya milliləri üz-üzə gəlib. Turnirin favoritlərindən olan “skuadra adzura” bu matçda növbəti mərhələyə yüksələn tərəf olub. Oyunda ilk 90 dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilməyib. Qalib əlavə uzatma dəqiqələrdən sonra müəyyənləşib. ​ Birinci əlavə vaxtda İtaliya yığması Frederiko Kyezanın 95-ci və Matteo Pessinanın 105-ci dəqiqədə vurduğu qollarla önə keçib. Avstriya millisinin gücü bu qollardan birinin əvəzini çıxmağa çatıb. Oyunun 114-cü dəqiqəsində Saşa Kalayciç təsəlli qolunu vurub 2:1.

Beləliklə, İtaliya yığması Danimarka millisindən sonra adını 1/4 finala yazdıran ikinci komanda olub. Appeninlilər növbəti mərhələdə Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.