AVRO-2020: Bu gün Danimarka və İtaliya millilərinin rəqibləri müəyyənləşəcək

AVRO-2020: Bu gün Danimarka və İtaliya millilərinin rəqibləri müəyyənləşəcək

Bu gün AVRO-2020-nin 1/8 final mərhələsi çərçivəsində daha iki oyun təşkil olunacaq. Günün ilk oyunu Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunda ​ Niderland və Çexiya yığmaları üz-üzə gələcək. Qarşılaşmanı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək. Bu cütün qalibi Danimarka killisinə rəqib olacaq. 1/4 final matçı çərçivəsində keçiriləcək həmin qarşılaşma iyulun 3-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Günün ikinci oyunu isə İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılacaq. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək oyunda Belçika və Portuqaliya milliləri üz-üzə gələcək. Oyunu almaniyalı referi Feliks Brix idarə edəcək. Bu cütün qalibi 1/4 finalda İtaliya yığması ilə qarşılaşacaq.