Avropa çempionatında daha bir ilk

Avropa çempionatında daha bir ilk

Ötən gün AVRO-2020-nin 1/8 final matçında İtaliya millisi Avstriya yığmasına qalib gələrək adını növbəti mərhələyə yazdırıb. 2:1 hesabı ilə başa çatan görüşdə daha bir maraqlı göstərici qeydə alınıb. Belə ki, qollardan birini Federiko Kyeza vurub. Onun atası Enrike də həmçinin 1996-cı ildə keçirilən Avropa çempionatında qol vurub.
Enrike və Federiko Kyezo Avropa çempionatının matçlarında fərqlənməyi bacaran ilk oğul və ata olublar. Qeyd edək ki, AVRO-2020-nin 1/4 finalında İtaliya yığması Belçika-Portuqaliya matçının qalibi ilə üz-üzə gələcək.