PSJ daha bir futbolçunun transferində razılığa gəldi

PSJ daha bir futbolçunun transferində razılığa gəldi

Fransanın PSJ klubu İtaliyanın “İnter” komandasında forma geyinən müdafiəçisi Əşrəf Hakiminin transferini başa çatdırmağa yaxındır. Mərakeşli müdafiəçi ​ parislilərlə müqavilənin şərtlərini razılaşdırıb. 23 yaşlı futbolçu PSJ-də illik maaşı 8 milyon avro maaş alacaq. Əşrəf Hakimi həmçinin 2 milyon avroluq bonus da qazanacaq. PSJ ilə 5 illik müqavilə imzalaması gözlənilən Hakiminin keçidi 70 milyon avroya başa gələcəyi bildirilir. Yaxın günlərdə futbolçunun transferi rəsmiləşəcək.
Qeyd edək ki, Əşrəf Hakimi “İnter”lə çempion olduğu ötən mövsümdə A seriyasında 37 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə verib.