Beyl: "Bu nə suallardır?"

Beyl: "Bu nə suallardır?"

Madrid "Real"ının vingeri Qaret Beyl Uels yığmasındakı çıxışı barədə danışıb. Onun milli komandada çıxışı barədə futbolçu bunları deyib. "Mənim yığma komandada çıxışım hələ uzun müddət davam edəcək. Niyə bu imkanı əlimdən verməliyəm? Bu nə suallardır? Hansı futbolçu yığmadan səbəb olmadan imtina edə bilər. Xalqım məni sevir, mən də onların sevgisindən güc alıram. Avropa çempionatında uduzduq. Amma qarşıda dünya çempionatının təsnifat mərhələsi var. İnanıram ki, gələn il Qətərdə keçirilən dünya çempionatına vəsiqə əldə edə biləcəyik."