AVRO-2020: Bakıya gələcək ikinci 1/4 ​ finalçı Çexiya millisi oldu

AVRO-2020: Bakıya gələcək ikinci 1/4 ​ finalçı Çexiya millisi oldu

AVRO-2020-nin 1/8 final mərhələsinin oyunları davam edir. ​ Mərhələnin ikinci oyun gününün ilk matçında Niderland və Çexiya milliləri üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da təşkil olunan matçda ​ Çexiya yığması “narıncılar”ı məğlub edib - 2:0. Oyunda hesab matçın ikinci hissəsində açıb. Tomaş Holeş 68-ci dəqiqədə hesabı açıb. Bərabərlik qolu arayışında olan “narıncılar” matçın 80-ci dəqiqəsində ikinci topu qapılarında görüblər. Bu matçda sonuncu qol olub. Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında Danimarka və Çexiya yığmaları üz-üzə gələcək.