AVRO-2020: Son Avropa çempionu mübarizəni dayandırdı

AVRO-2020: Son Avropa çempionu mübarizəni dayandırdı

 AVRO-2020-də 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Günün ikinci matçında Belçika və Portuqaliya yığmaları qarşılaşıblar. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılan görüş Belçika komandasının minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. Matçda yeganə qolu 42-ci dəqiqədə fərqlənən Torqan Hazard vurub. Beləliklə, Belçika millisi son Avropa çempionlarını məğlub edərək 1/4 finala vəsiqə qazanıblar. Roberto Martinezin yetirmələri yarımfinala vəsiqə uğrunda İtaliya yığması ilə qarşılaşacaqlar. Oyun iyulun 2-də Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda olacaq.